"Ermənistana böyük simpatiya ilə yanaşıram" – Qazaxıstanın yeni prezidenti

11 İyun, 2019, 8:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayev mətbuat konfransında çıxış edərək, Ermənistanla qarşılıqlı münasibətlərin inkişafına öz baxışından danışıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı “Amerikanın səsi”nin jurnalistinin sualına cavab verərkən Tokayev deyib:

“Ermənistana böyük simpatiya ilə yanaşıram, bu yaxınlarda Nikol Paşinyanla görüşmüşəm. Yeri gəlmişkən, 5 dəqiqədən sonra mənə zəng etməlidir. Anladığım qədərilə təbrik etmək üçün. Biz konkret layihələr üzrə əməkdaşlığımızı zənginləşdirmək razılığına gəlmişik. Bizim Ermənistanla tarix və hətta dil baxımından yaxınlığımız çoxdur. Buna görə də, gələcək əməkdaşlığa nikbinliklə baxıram. Şübhə etməyin ki, bizim tərəfimizdən, Qazaxıstan tərəfdən əməkdaşlığın möhkəmlənməsi üçün hər şey ediləcək”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93