Lukaşenko koronavirusla bağlı qorxularından danışdı: “İnsanları sakitləşdirməyə çalışırdım” / VİDEO

29 İyun, 2020, 14:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla bağlı keçirdiyi narahatlıq hisslərindən danışıb.

Bu barədə etiraflarını o, “Belarus-1” televiziya kanalının efirində edib.

A.Lukaşenkonun sözlərinə görə, son bir neçə ayda o, vətəndaşların etimadını doğrultmayacağından qorxub.

“Mən axmaq deyiləm, başa düşürəm ki, dünyada yalnız bir ölkə bu virusa qarşı mübarizədə xüsusi yol keçib… Sizcə, bu asandır? Asan deyil. Ancaq biz qalib gəldik”, – deyə Belarus lideri bildirib.

A.Lukaşenko belaruslulara koronavirus infeksiyasını “traktor, yüz qram və hamamla” müalicə etmək tövsiyəsini verdiyini xatırladıb:

“Traktorun sağaldacağını deyəndə anlayırdım ki… əkin lazımdır, çünki yeməyə heç bir şey qalmazdı. İnsanları sakitləşdirməyə çalışırdım”.

Belarusda, əksər ölkələrdən fərqli olaraq, koronavirus pandemiyası səbəbindən sərt məhdudiyyətlər tətbiq edilməyib. A.Lukaşenko qərarını iqtisadi səbəblərlə izah edib və dünyada pandemiya ilə bağlı vəziyyəti dəfələrlə “psixoz” adlandırıb./oxu.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93