“Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi hədsiz məmnunluq yaratdı” – Faiq Ağayev

22 May, 2020, 11:53
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Prezident mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması ilə bağlı sərəncam imzaladıqdan sonra insanlar bu posta layiq bildikləri namizədlərin adlarını çəkməyə başladı. Sosial şəbəkə istifadəçilərinin irəli sürdüyü namizədlər arasında Xalq artisti Faiq Ağayevin də adı var.

Hurriyyet.org baku.ws-ə istinadən xəbər verir ki, ifaçı insanların ona göstərdiyi bu etimada belə reaksiya verib:

“Gün ərzində çoxsaylı dəyərli insanlardan ünvanıma o qədər gözəl, qürurverici rəylər, statuslar gördüm ki. Üstəgəl mediamızın rəğbəti. Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi qəlbimdə hədsiz məmnunluq, böyük minnətdarlıq yaratdı. Vəfa borcumdur, sevgi ilə deyirəm, var olun!

O ki qaldı məsələyə, əminəm, cənab Prezident bu vəzifəyə mədəniyyətimizə etina ilə xidmət edəcək, məsulliyyətli, faydalı bir peşəkarı təyin edəcək.

Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar var ki…”


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93