Məhkəmədən çıxan icra başçısı ailə üzvlərinə: “Hər şey yaxşı olacaq. Bu günlər keçəcək”

6 May, 2020, 22:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Mayın 6-da Səbail rayon Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev barəsində həbs qərarı qapalı iclasda çıxarıldı.

V.Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısının ailə üzvləri gözləyirdi.

İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları V.Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirəndə sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: “Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq…”

V.Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

V.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. \\Bizimyol.info


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93