Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır

28 May, 2020, 11:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Səudiyyə Ərəbistanı hökuməti koronavirusa görə Məkkənin ziyarətinə tətbiq etdiyi qadağanı 2 mərhələdə yumşaldacaq.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06.00-dan 15.00-dək küçəyə çıxmağa icazə veriləcək.

Məlumata görə, Məscid-Haramda Cümə namazı başda olmaqla camaat namazlarına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq.

İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06.00-dan 20.00-dək küçəyə çıxmağa icazə veriləcək. /report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93