“Məmmədyarov yəqin heç fərqində deyil ki…” – “Hökumət bunun izahını versin”

6 May, 2020, 18:56
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Xarici İşlər Nazirliyimizi ciddi olmağa çağırıram. ABŞ-ın Minnesota ştatının Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın “müstəqilliyini” tanıyan bəyanatını bir senatorun boşboğazlığı və jesti kimi dəyərləndirən xarici siyasət idarəmizin rəhbərini doğrudan başa düşmək olmur. Oxuyun bizim bəyanatı, əgər bir şey başa düşsəniz, mənə də deyin… Məmmədyarov yəqin heç fərqində deyil ki, nələr baş verir?! Dama-dama göl olur. Reallığı etiraf etmək gərək!!!!

Artıq ABŞ-ın 10-cu ştatıdır ki, separatçı və qondarma qurumu tanıyır və onunla müxtəlif istiqamətlər üzrə əlaqələr yaradır. Fil qulağında yatmayaq daha!!! Bir gün də gözümüzü açıb görəcəyik ki, “siyasi səmimiyyəti”, “insansevərliyi” ilə tanınan və sevilən, 1000 illik tarixi olan dünya dövlətlərinə nümunə sayılacaq Ağ Evin düz içindən o qara xəbərlər ayaq açıb…Və üzərimizə yeriməyə başlayıb. Onun öz maraqları mövcuddur və məqamı gələndə maraqlar naminə hər şeyə gedə bilər. Minsk Qrupunun üzvü kimi problemin dinc vasitələrlə həlli məsələsində ABŞ-ın elan etdiyi mövqe də artıq şübhə altına alındı.

Dünyada gedən siyasi proseslər heç də Azərbaycanın maraqları ilə tam şəkildə uzlaşmır, hətta bir sıra nüfuzlu xarici çevrələr regionda Ermənistana öz siyasi-iqtisadi töhfələrini əsirgməyərək Azərbaycanın əleyhinə dayanmadan iş aparırlar. Fikrimcə, ştatın kobud və ədalətsiz qərarının həmin mənbələrdən qaynaqlandığına ehtimallar çoxdur və ola bilər ki, bundan sonra ölkəmizin əleyhinə mənfi xarici faktorların təsiri artsın da.

Bu cür siyasi vəziyyətlərdə milli birliyin qorunması və siyasi dartışmaların dayandırılması xüsusi ilə vacibdir. Onsuz ölkədə gərgin ictimai-siyasi ab- hava getdikcə Qərbin buraxdığı zəhərli maddələrlə öz rəngini kəskin surətdə dəyişməyə başlayıb.

İşğalçıyla işğala məruz qalanı ayırmaq üçün bir şərt var: Ədalət!!! ABŞ-dan isə bunu gözləmək cətindir.

Məlumatın dörd gün sonra Azərbaycan ictimaiyyətinə çatması çox qəribə təəssürat bağışlayır. İstərdim ki, Azərbaycan hökuməti gecikmənin izahını versin. Nə üçün ABŞ-kı səfirimiz dərhal məsələyə öz münasibətini bildirməyib, Azərbaycana qarşı ştatın bəyanatını pisləyən açıqlama ilə çıxış etməyib?ABŞ hökumətinə qarşı ciddi etiraz bəyanatının səsləndirilməsi vacibdir və bu münasibət hökmən ifadə olunmalıdır.

Eldar SABİROĞLU


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93