Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə BİRİNCİ YERDƏ OLUB

0

Möhtərəm cənab prezidentimizin söylədiyi bu dərin mənalı fikir COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə çox ciddi tədbirlərin görüldüyünə işarədir.
Dövlətimizin əsas vəzifəsinin insanları bu xəstəlikdən qorumaqdan ibarət olması çox təqdirəlayiq bir addımdır. Sevindirici hal odur ki, dövlət olaraq pandemiyaya qarşı mübarizədə daxili imkanlarımızdan istifadə etdiniz.
Ölkəmizin davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri tələb və tövsiyələrə ciddi əməl etmək, xalqımızı bir daha diqqətli, məsuliyyətli olmağa səsləməkdən ibarətdir. Həmişə olduğu kimi bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi adından Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririr, ölkəmizdə həyatın tezliklə yenidən öz axarına düşməsini və Azərbaycanın inkişaf yolunu davam etdirməsini arzulayırıq.
Biz birlikdə güclüyük!

Hurriyyet.org