Mərdan Camalov barəsində prezidentə ŞİKAYƏT – 2-ci qrup əlil icra başçısından narazılıq edir

18 Aprel, 2020, 12:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Sədinin qanunsuz əməllərinin qarşısı alınmır”

“Mən ailəmlə birlikdə Zərdab rayonu Gödəkqobu kəndində yaşayıram. Ağır xəstəliyə görə 2-ci qrup əlil olmuşam. Mən Zərdab rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalovun vətəndaşların şikayətinə laqeyd yanaşmasından indiyə qədər rayonda heç bir iş görməməsindən şikayət edirəm. Mərdan Camalov Zərdaba icra başçısı vəzifəsinə təyin olunandan ancaq rayonun mərkəzində gözə soxmaq üçün 10-15 ağac əkməklə, 2 sm qalınlığında olan asfalt örtüyü çəkdirməkdən ibarət olmuşdur. Kəndlər isə yaddan çıxıb nəzər salan yoxdur. Nəticədə də kənd sakinləri zülm çəkir, şikayətlərinə baxan yoxdur”. Bu barədə sözügdən rayonun sakini Eyvazov Sərdar Mənsim oğlu Hurriyyet.org-a şikayət məktubunda yazır.

“Üstündən müəyyən müddət keçməsinə baxmayaraq, indiyə qədər heç bir tədbir görülməyib”

S. Eyvazov qeyd edib ki, Sədi adlı qonşusu qanunusuz olaraq ümumi istifadədə olan yolu bağlayıb: “O, su kanalını torpaqlayaraq düzləmişdir. Onun bu qanuna zidd əməlləri barədə Zərdab rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciətlər etmişəm, qəbuluna getsəm də, məni qəbul etməyib. Müavini Pərvin Mahmudovanın qəbulunda olub bildirmişəm. Həmin vaxt icra hakimiyyəti başçısının müavini Pərvin Mahmudova Gödəkqobu kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə bu məsələnin yerində həll edilməsinə tapşırıq verdi. Ancaq üstündən müəyyən müddət keçməsinə baxmayaraq, indiyə qədər heç bir tədbir görülməyib. Mən yenə icra başçısı Mərdan Camalova ərizə ilə müraciət etsəm də cavab verməyib”.

“Bu, qarşısı alınmaz bir epidemiyaya səbəb olacaq”

S.Eyvazovun sözlərinə görə, hazırda istifadə etməyə yolları yoxdur: “Sudan istifadə edə bilmirik. Qonşum Sədi bağladığı yolun üzərində su kanalının üstündə iri buynuzlu heyvanlarının saxlanması üçün böyük bir qəhər düzəltmişdir ki, nəticədə heyvanların sidiyi və peyni insanların istifadə etdiyi içməli suya tökülür. Bu isə insanların xəstələnməsinə gətirəcək, qarşısı alınmaz bir epidemiyaya səbəb olacaq. Sədinin qanunsuz əməllərinin qarşısı alınmır, heç bir tədbir görülmür. Buna görə, çox narahatıq”.

“Mən ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm…”

S. Eyvazov vurğulayıb ki, hazırda əkin-biçinin qızğın bir vaxtında suyun kəsiləməsi, mundarlanması, yolun bağlanması kəndlinin ölümə məhkum edilməsi deməkdir: “Mərdan Camalov insanları saya salmır. Mən ona nə qədər ərizə yazmaılyam ki, baxsın tədbir görsün?! Mən ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm, şikayət ərizəmi mənim iştirakımla yerində ararşdırılıb, tədbir görülməsinə tapşırıq verəsiniz”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93