Mərkəzi Bank sədrindən əmanətçilərə MÜRACİƏT

2

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bağlanan bankların əmanətçilərinə müraciət edib.

E.Rüstəmov qeyd edib ki, yaxın günlərdə əhalinin öz əmanətlərinə çıxış imkanları olacaq:

Mərkəzi Bankın sədri bildirib ki, iyulun 28-də Konstitusiya Məhkəməsi lisenziyası ləğv edilmiş banklarda Əmanətlərin Sığortalanması Fondunun blok qoyuduğu əmanətlərlə bağlı iclası keçirilib.

O qeyd edib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər. E.Rüstəmovun sözlərinə görə, proses son mərhələdədir. O bildirib ki, təxminən 1300 nəfər əmanətçinin 62 milyon manatı qalıb.:

“Burada əhalinin heç bir günahı yoxdur. Biz əhalinin hüquqlarının bərpa edilməsini Konstitusiya Məhkəməsinə əsaslandırdıq. İyulun 28-də məhkəmə olub, ən geci yaxın 7-10 iş günü ərzində məhkəmə yekun qərarını açıqlayacaq. Biz çox pozitiv qərar olacağını gözləyirik. Əhalidən xahiş edirəm ki, təmkinli olsunlar, tezliklə pozitiv qərar ilə tanış olacağıq və 1300-dən çox əmanətçinin 62 milyon manat əmanətinə çıxışını təmin edəcəyik”.

E.Rüstəmov həmçinin əlavə edib ki, bu kimi halların bir daha yaşanmaması üçün Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcəklər./modern.az/