Məşhur parodiyaçı koronavirusa yoluxdu – FOTO

1 İyun, 2020, 21:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Rusiyalı məşhur parodiyaçı Yelena Vorobeydə koronavirusa yoluxma müəyyən edilib.

Bu barədə artist özünün “Instagram” səhifəsində yazıb.

Onun sözlərinə görə, diaqnozu barədə üç gün əvvəl öyrənib, lakin ictimaiyyətə bu barədə xəbərdarlıq etməyə dərhal ürək etməyib.

“Birincisi, atamın bunu necə qarşılayacağını bilmirdim. O, ürək xəstəsidir, çox emosional insandır. İkincisi, bu virusun hamını ürəyi bulandıracaq qədər bezdirdiyini düşünürəm”, – deyə, Y.Vorobey bildirib.

Artistin sözlərinə görə, onun vəziyyəti yoluxmanın ikinci günü ağırlaşıb: kürəyi ağrıyıb, əzələ ağrısından yata bilməyib.

“Bu gün yaxşıyam, ancaq vəziyyətim stabil deyil”, – deyən parodiyaçı insanlara risk etməməyi və ilk simptomda həkimə getməyi, həmçinin çoxlu maye qəbul etməyi məsləhət görüb. \\Oxu.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93