Makron: “Fransa Livanda öz rolunu oynayır”

25
France's President Emmanuel Macron delivers a speech with Prime Minister of Finland Antti Rinne, prior to a meeting at the Elysee Palace, in Paris, Wednesday, Sept. 18, 2019. (AP Photo/Thibault Camus)

 

Hurriyyet.org xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Livanın daxili işlərinə müdaxilə etmədiklərini söyləyərək əlavə edib: “Livan xalqının mənafeyinə inanan Fransa öz rolunu oynamasa, Livanın daxili işlərinə müdaxilə edənlər iranlılar, türklər, səudiyyəlilər və regiondakı digər güclər olacaqlar”.

Makron bu sözləri Livanın paytaxtı Beyrutda, Fransanın BFMTV kanalına müsahibəsində söyləyib.

Livan xalqının içərisində bir qəzəbin olduğunu deyn Makron “Livanda prezidentin dəyişməsinin tərəfdarısınızmı?” sualının cavabında deyib: “Müstəqil, suveren və qürurlu bir Livana hörmət hiss edirəm. Bu qəzəb gənclərin enerjisini və xalqın gücünü göstərir. Son aylarda çox şey pisləşdi”.

Makron gələcək 3 həftənin Livanın gələcəyini müəyyənləşdirəcəyini söyləyib.