Salam, xoş gəlmisiniz.

Maliyyə naziri koronavirusla bağlı əmr imzaladı

2020-03-24 16:41:00

Maliyyə naziri koronavirusla bağlı əmr imzaladı

Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Hurriyyet.org Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, əmrə  əsasən, inazirliyə tabe olan qurumlarda claslar, müşavirələr, toplantılar yalnız telefon rabitəsi və internet vasitəsilə keçiriləcək.

Nazirliyin əməkdaşlarında və onların ailə üzvlərindən birində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilir.

Həmçinin, nazirliyin qaynar xətlərinin fəaliyyəti fasiləsiz təmin edilməsi əmrdə vurğulanır.

Əmrdə qeyd edilib ki, xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılır.

Ezamiyyətə xüsusi zərurət olduğu hallarda isə nazirliyin rəhbərliyinə əsaslandırılmış müraciət edilməlidir.

Həmçinin vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb. Bununla yanaşı, nazirliyin əməkdaşlarının xarici ölkələrə şəxsi səfərləri dayandırılır. 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93