Salam, xoş gəlmisiniz.

Mark Berent: "Gürcüstanın qeyri-rəsmi sahibi odur"

2019-02-06 20:51:24

Mark Berent: "Gürcüstanın qeyri-rəsmi sahibi odur"

Gürcü milyarder Bidzina İvanişvili Gürcüstanın kölgə və qeyri-rəsmi idarəçisidir.

Bunu "Amerikanın səsi" radiosuna müsahibəsində "Azadlıq Evi"nin (Freedom House) Avropa və Avrasiya proqramları üzrə rəhbəri Mark Berent deyib.

Onun sözlərinə görə, Gürcüstanın reytinqinin builki hesabatda azaldılması bu ölkədəki prezident seçkisi ilə bağlı olub:

"Son illər ərzində Gürcüstanda seçki lazımi qaydada keçirilib. Hər şey prezident seçkisinin birinci turunun bitməsinə qədərki dövrə qədər davam edib. İkinci mərhələdə vəziyyət xeyli pisləşib.

Biz demirik ki, bu sübut edilib, amma tutarlı ittihamlar var. Bu ittihamlar seçicilərin satın alınması, administrativ resursdan istifadə və digər neqativ anlarla bağlıdır. Təbii ki, bu kədərlidir". \\Axar.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru