Masallıda 66 yaşlı kişini döyüb öldürdülər – VİDEO

17 May, 2019, 8:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Masallıda mübahisə 66 yaşlı kişinin ölümünə səbəb olub.
Hadisə rayonun Təzəkənd kəndində baş verib.
Kənd sakini, 1953-cü il təvəllüdlü Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov bir qrup şəxs tərəfindən döyülüb. Halı pisləşən kişini yaxınları Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, B.Rəhmanov yolda dünyasını dəyişib.
Məlumata görə, B.Rəhmanov şəxsi münasibətlər zəminində döyülüb. Belə ki, su kollektorunun üzərindən paybəlli torpaqlara keçid üçün istifadə olunan körpünün dağıdılması nəticəsində tərəflər arasında mübahisə yaranıb. “Qazel” markalı mikroavtobusla gələn 5 nəfər – Vəfadar, Elnur, Pərvin, Telman və İlham adlı şəxslər mal-qaranın onların torpaqlarına keçməsini əsas gətirərək körpünü dağıtmağa başlayıblar. Xəbər vermədən evinin qarşısında söküntü işləri aparanlara B.Rəhmanov mane olmağa çalışıb. Hadisə şahidlərinin sözlərinə görə, mərhum həmin şəxslər tərəfindən döş qəfəsi nahiyəsindən yumruq zərbələri alıb. Bu da sonradan onun ölümünə səbəb olub.
Mərhumun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təqdim edilib.
Faktın təfərrüatları rayon Prokurorluğu tərəfindən araşdırılır./ONA/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93