Maşın sürmək üçün verilən etibarnamə ləğv olunsun – Deputatdan TƏKLİF

1 İyun, 2020, 11:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Avtomobilin idarə olunması üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir”.

Hurriyyte.org modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Azər Badamov deyib. O bildirib ki, etibarnamə sovetdən qalma məsələdir:

“İnkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Bizdə vətəndaş öz yaxın qohumuna etibarnamə olmadan maşını idarə etməyə verə bilmir. Belə olan halda, qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. Etibarnamə bu gün aktuallığını itirib. Əgər avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür. Ölkəmizin imkanlarını nəzərə alaraq, qanunvericilikdə etibarnamə ilə idarə etmək məsələsinin ləğvini təklif edirəm”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93