Maska qıtlığı yaradanlara sərt XƏBƏRDARLIQ

0

“Tibbi maskaların vahid qiyməti 30 qəpik müəyyənləşdirilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, idxal olunan maskaların qiyməti fərqlidir:

“Bu fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı yoxdur. Ola bilər ki, cərimələrin aktuallaşması kimlərdəsə möhtəkirlik etmək arzusu yaradıb. Biz belələrinə xəbərdarlıq edirik ki, bunun cəzası olacaq”.

O vurğulayıb ki, bu gün gündəlik istehsal 500 min maskadır:

“Azərbaycanda isə müəyyən günlər 300 min maska istifadə edilib. Ölkədə 15 milyona qədər maska ehtiyatı var. Ona görə də ajiotaja ehtiyac yoxdur”. \\Konkret