Maskadan gələn ölüm: Bakı sakinləri bir maskadan neçə saat istifadə edir? – Videosorğu

1

Məlum olduğu kimi son günlərdə Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunmaqdadır. Yoluxma sayı ilə bağlı açıqlanan rəqəmlər demək olar ki, ölkədə pandemiya dövrünün ən pik göstəriciləridir.

Virusun geniş yayılmaması üçün artıq ölkədə ictimai yerlərdə, nəqliyyatda, iaşə obyektlərində, qurum və təşkilatlarda tibbi maskadan istifadə etmək qanunla məcburidir. Lakin bu bir faktdır ki, əksəriyyət gün ərzində bir maskadan bir neçə dəfə, hətta günlərlə istifadə edir. Ekspertlər isə həyəcanla xəbərdarlıq edirlər ki, bu sağlamlığımız üçün böyük təhlükədir.

Bakı sakinləri tibbi maskadan necə düzgün istifadə etmək haqda məlumatlıdırlarmı?

“TV Musavat”ın əməkdaşları bu mövzu ilə bağlı paytaxt sakinləri arasında videosorğu keçirib.

Sorğunu təqdim edirik.