“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“ – Deputat

30 May, 2020, 22:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Mən maska taxmamağa görə cərimənin tətbiq edilməsinin tərəfdarı deyiləm.”

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. Millət vəkili bunun tətbiqini məqbul hesab etmir:

“Özünə, başqalarına hörmət edən hər bir Azərbaycan vətəndaşı koronavirusla bağlı bütün tövsiyyələrə əməl etməlidir. Bu barədə ictimaiətə Operativ Qərərgahdan hər gün məlumat verilir, həkimlər danışır, müəyyən mətbuat xidmətləri məlumat verirlər. Bizim üzərimizə yalnız bir iş düşür. Koronavirusla bağlı aparılan tədbirlər, verilən tövsiyyələrə əməl etmək. Niyə sən maska taxmamalısan? niyə sən avtobusa və ya metroya maskasız minməlisən? Buna riayət etmək lazımdır.  Əks halda hökumətdə məcburdur inzibati qaydada cərimə tətbiq etsin. Bu başa düşüləndi. Amma mən cərimələrin deyil, daha çox insanlar arasında marifləndirmə işlərinin aparılmasını tövsiyyə edirəm”.

V.Əhmədov həmçinin deyib ki, hələ maska taxmayanlarla bağlı cəzanın müddəti və cərimənin məbləği məsələsi ilə bağlı qərar layihəsi Milli Məclisə daxil olmayıb.

Qeyd edək ki, dünən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov COVİD-19 görə, maska taxmayanlarla bağlı cəzanın müddəti və cərimənin məbləği məsələsinə hazırda Milli Məclisdə baxılır, qanun qəbul edildikdən sonra tətbiqinə başlanılacağını deyib.  /Unikal.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93