“May ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib” – NAZİRLİK

21 May, 2020, 11:53
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Hurriyyet.org nazirliyə istinadla xəbər verir ki, həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Beləliklə, karantin dövründə sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi işləri may ayında da davam etdirilib. Bu ay pensiyalarla yanaşı, müavinət, təqaüd və kompensasiyaların da vaxtından daha əvvəl ödənişi təmin olunub.

Xatırladaq ki, bundan əvvəl, mayın 6-15-dək bu ay üzrə bütün pensiyalar vətəndaşların bank hesablarına köçürülüb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93