May ayı üzrə pensiyaların ödənişinə başlandı

7 May, 2020, 18:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov, Xətai rayonları, həmçinin Naxçıvan Muxtar Respublikası, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Sabah isə Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək.

Yaxın günlərdə ölkənin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq. Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.

Beləliklə, xüsusi karantin rejimi dövründə pensiya, müavinət, təqaüd və ünvanlı yardımların vaxtından daha tez ödənilməsi təmin olunur.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93