Akademik borcu olmayan tələbələrə ŞAD XƏBƏR – RƏSMİ

20 May, 2020, 12:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Nazirlər Kabinetinin qərarına əsasən, əgər tələbə tədris planını tamamlayıbsa və akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq”.

Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, attestasiya tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən aparılacaq: “Bəzi ixtisaslarda buraxılış işinin müdafiəsi var ki, tələbə buraxılış işini universitetə təqdim etməlidir. Əgər tələbə buraxılış işini təqdim edib və ona təklif olunan ümumi orta müvəffəqiyyət göstəricisi onu qane etmirsə, onun hüququdur ki, universitetə müraciət etsin. Bundan sonra tələbə qiymətini yaxşılaşdırmaq üçün buraxılış işini müdafiə edə biləcək”./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93