Salam, xoş gəlmisiniz.

Mayk Tayson Nurmaqomedovun gücündən danışdı

2019-07-12 16:57:30

Mayk Tayson Nurmaqomedovun gücündən danışdı

“Hesab edirəm ki, Makqreqor promonun dahisidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyirlər”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu dünya boksunun əfsanəsi Mayk Tayson deyib.

O, MMA-nın UFC versiyası üzrə rusiyalı dünya çempionu Həbib Nurmaqomedovun irlandiyalı Konor Makqreqordan güclü olduğunu iddia edib. M.Tayson hesab edir ki, bu rəqiblər nə qədər qarşılaşsa, hər dəfə rusiyalı qalib gələcək. Lakin bu görüşlər ətrafında ajiotajın səbəbkarı Makqreqordur:

“Azarkeşlər də onların qarşılaşmasını görmək arzusundadırlar. Buna baxmayaraq, Makqreqor rəqibinə qalib gələ bilməyəcək. O heç vaxt Nurmaqomedovu məğlub edə bilməyəcək. Lakin insanlar pul verib bu döyüşü izləməyə razıdırlar. Həbib məğlub edə biləcəyi bu rəqibi ilə döyüş üçün daha çox qazanacaq, nəinki özü səviyyəli biri ilə qarşılaşmada. Belədirsə, niyə onunla 10 dəfə döyüşməsin? Tamaşaçılar lap 10 dəfə də olsa, pul ödəyib bu görüşə baxacaq. İndi hər şey marketinqdən asılıdır. Makqreqor da dahidir. Bunu ondan almaq olmaz”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru