Salam, xoş gəlmisiniz.

Məcburi köçkünlərə 10 min manat veriləcək? - YENİ XƏBƏR

2019-09-10 13:55:34

Məcburi köçkünlərə 10 min manat veriləcək? - YENİ XƏBƏR

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin - “çörək pulu”nun yenidən artırılması məsələsi gündəmdədir.

Hurriyyet.org xəbər verir ki, Cebhe.info-nun yaydığı məlumata görə, hazırda “çörək pulu”nun artırılması üçün iki versiya üzərində iş aparılır.

Belə ki, birinci versiya hər məcburi köçkün ailəsinə birdəfəlik 10 min manatın verilməsidir. Bu versiya reallaşarsa, birdəfəlik 10 min manat ödənilməklə, “çörək pulu” məsələsi gündəmdən çıxacaq və bundan sonra heç kəsə verilməyəcək.

İkinci versiya isə “çörək pulu”nun artırılaraq 91 manata çatdırılmasıdır. Bu versiyada isə nəzərdə tutulur ki, “çörək pulu” 91 manata çatdırılandan sonra bu məbləğin artırılması məsələsi birdəfəlik qapanacaq, daha heç vaxt artırılmayacaq.

Qeyd edək ki, hazırda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği hər nəfər üçün 60 manatdır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru