“MEHDİYEVİN İŞİ-GÜCÜ O OLUB Kİ…” – “Dövlət adamlarını bir yerə yığıb…”

2

YAP Siyasi Şurasının üzvü, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, Prezident təqaüdçüsü Xeyrəddin Qoca AMEA prezidenti Ramiz Mehdiyevi tənqid edən fikirlər səsləndirib. O, akademikin “elmi axtarışları”na görə söz atıb.

“Ramiz Mehdiyevin işi-gücü, “elmi axtarışları” o olub ki, Azərbaycan Prezidentləri Heydər Əliyevin, İlham Əliyevin məruzə və çıxışlarını toplayıb qalın-qalın kitablar nəşr etdirsin.

Həmin kitablarda da yazıb ki, “buraxılışa məsul akademik Ramiz Mediyev”. Sonra da dövlət adamlarını bir yerə yığıb, həmin kitabların müzakirəsini keçirib!..”,- Xeyrəddin Qoca bildirib.

Qeyd edək ki, R.Mehdiyev də hazırda Xeyrəddin Qoca ilə yanaşı, YAP Siyasi Şurasının üzvüdür. /modern.az/