Salam, xoş gəlmisiniz.

Məhərrəm ayı ilə bağlı fətva verildi - VİDEO

2018-09-04 22:27:13

Məhərrəm ayı ilə bağlı fətva verildi - VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Hurriyyet.org-un məlumatına görə, bu il Məhərrəm ayı sentyabrin 11-nə, aşura günü isə sentyabrin 20-nə təsadüf edəcək.

Məhərrəm ayının başlaması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində keçirilən toplantıda çıxış edən şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda aşura günü müyyən edilmiş qaydalar çərçivəsində keçirilir.

Tədbirdə bildirilib ki, Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə ehtiyacı olanlara qan verilməsi ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Bu il də məscidlərdə və ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində qanvermə aksiyaları həyata keçiriləcək. Şeyxülislam Hacı Allahşükür Paşazadə onu da bildirib ki, qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olunmayacaq.

Qafqaz Müsəlmanları İdarəsi, məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn mərasimlərində birgə iştirak etməyi, İmam və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ, Xocalı şəhidlərinin ruhuna dualar etməyi tövsiyə edir. \\Xezerxeber.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru