Məhkəmə Koçaryanı girov müqabilində də azadlığa buraxmadı

20 Sentyabr, 2019, 15:48
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistanda məhkəmə sabiq prezident Robert Koçaryanı girov müqabilində azadlığa buraxmaqdan imtina edib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə “aysor.am” məlumat yayıb.

Məhkəmə girov müqabilində azadlığa buraxılma ilə bağlı sabiq prezidentin vəkillərinin vəsatətini təmin etməyib.

Qeyd edək ki, sentyabrın 7-də R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət ediblər. Yerevan məhkəməsi sabiq prezidenti həbsdə saxlayıb.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93