Salam, xoş gəlmisiniz.

“Mən iqtidarpərəst adamam, Cahangir Əsgərovla nə işim var?” - Baba Vəziroğlu

2020-03-16 11:24:00

“Mən iqtidarpərəst adamam, Cahangir Əsgərovla nə işim var?” - Baba Vəziroğlu

 

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərovla bağlı yazdığı status sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. 

Hurriyyet.org xəbər verir ki, yenisabah.az məsələ ilə bağlı şairlə əlaqə saxlayıb. Məsələyə aydınlıq gətirən şair belə bir status yazmadığını, profilini kimlərinsə “qırdığını” bildirib:

“O kişi ilə mənim nə işim var? Mənim profilimi “qırıb”, səhifəmə giriblər. Həmin gün axşam mənim səhifəmdə status paylaşıblar. Səhər profilimə girəndə gördüm ki, mənim səhifəmdə belə bir status var, tez  pozdum. Statusu pozandan yarım saat sonra da səhifəmi bağladılar. Ona görə sosial şəbəkədə məsələyə aydınlıq gətirə də bilmədim. Cahangir müəllim bizim dostumuzdur, yaxşı münasibətimiz var. Mən hara,  AZAL hara? Mən ümumiyyətlə, sosial şəbəkədə çox status yazan deyiləm. Bu günə kimi nəinki bir toyuğu, heç qarışqanı da incitməmişəm. Həmin yazılanlar heç mənim üslubum da deyil. Dünyanın ən sülhsevər insanıyam bəlkə də. Digər tərəfdən də mən iqtidarpərəst insanam. Cahangir müəllim də iqtidarın yüksək çinli məmurlarından biridir. Həmin prinsiplərlə də yanaşsaq, mən heç vaxt belə bir şey yazmaram. O ağsaqqal adamdır, mənim məmurla nə işim var axı? Cahangir müəllim prezident olandan heç onun təyyarələrinə belə minməmişəm. Çox qəribə vəziyyətdir”.

Xatırladaq ki, sosial şəbəkədə B.Vəziroğlunu səhifəsində “Mən hələ Azərbaycan reallığında AZAL şefi kimi ikinci bir düşük adam görməmişəm…Eks oliqarx Telman İsmayılovun fonunda bu adam, sadəcə, bir kloundur… Dözmədim, yazdım…” deyə status paylaşılmışdı. 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93