Salam, xoş gəlmisiniz.

“Mənim əlim-qolum bağlansaydı, İran bayram edəcəkdi” - Senat Trampın əleyhinə qərar verdi!

2020-02-14 12:37:00

“Mənim əlim-qolum bağlansaydı, İran bayram edəcəkdi” - Senat Trampın əleyhinə qərar verdi!

Hurriyyet.org xəbər verir ki, ABŞ Senatı ölkə prezidenti Donald Trampın səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edib.

ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi Senatdan keçib. İraqda Qasım Süleymaninin öldürülməsinin ardından ABŞ və İran arasındakı gərginlik son həddə çatdığı bir zamanda Trampın İrana qarşı hərbi səlahiyyətinin Senat tərəfindən məhdudlaşdırılması nəzərdə tutulur.

Yeni qanuna görə, prezidentin İrana qarşı savaş qərarları “Konqresin razılığı olmadan” qüvvəyə minə bilməz. 55 senator qərarın lehinə, 45 nəfər isə əleyhinə səs verib.

Qanun layihəsinin təsdiqlənməsi prosesində növbəti mərhələ Nümayəndələr Palatasındakı səsvermə olacaqdır. Burada da onun müsbət qarşılanması gözlənilir.

Tramp veto qoyacaq

ABŞ prezidenti D.Tram İrana qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi haqqında dünən verdiyi açıqlamada  deyib: “İran məsələsində yaxşı işlər görürük və zəiflik göstərmək zamanı deyil”. O, Amerika xalqının əksəriyyətinin Qasım Süleymaninin öldürülməsini dəstəklədiyini iddia edərək deyib: “Mənim əlim-qolum bağlansaydı, İran bayram edəcəkdi”.

Qanun layihəsinin Senatdakı müzakirəsindən danışan ABŞ prezidenti söyləyib: “Demokratlar Respublikaçılar Pariyasını utandırmaq üçün çalışır. Bunun olmasına imkan verməyim”.

Qeyd edək ki, 8 nəfər respublikaçı senatorun Trampın səlahiyyətlərinin məhdudlaşdırılması qərarının lehinə səs verdiyi bildirilir.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93