Salam, xoş gəlmisiniz.

Meqan Markl kral ailəsini sirləri açacağı ilə hədələyir

2020-01-13 12:46:00

Meqan Markl kral ailəsini sirləri açacağı ilə hədələyir

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl öhdəliklərdən imtina etmələrinə icazə verilməyəcəyi təqdirdə kral ailəsi üzvlərini televiziyada böyük müsahibə verəcəkləri ilə təhdid edirlər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Nəşrin mənbəyinin bildirdiyinə görə, Sasseks hersoqları artıq ABC, NBC və CBS kimi ABŞ-ın böyük televiziya kanalları ilə, həmçinin məşhur teleaparıcı Opra Vinfri ilə əlaqə qurublar.

Qeyd olunur ki, Britaniya monarxiyası "çirkli paltarları”nın ictimailəşdirilməsini istəmir.

Mənbə qeyd edib ki, Meqan və Harri öz “hekayələrini”, o cümlədən hersoqinyanın bir çox mövzuda susmağa məcbur edilməsi barədə danışmaq niyyətindədirlər.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru