Salam, xoş gəlmisiniz.

Merkeldən Yunanıstanı üzən Türkiyə CAVABI

2020-01-18 12:09:00

Merkeldən Yunanıstanı üzən Türkiyə CAVABI

Liviya məsələsi ilə bağlı Türkiyəyə qarşı şərt irəli sürən Yunanıstan Berlin konfransından kənarda qaldı

Hurriyyet.org xəbər verir ki, Moskvada, Liviya məsələsi ilə bağlı Rusiya ilə Türkiyənin vasitəçiliyi ilə aparılan atəşkəs danışıqlarında əvvəlcə razılaşıb, sonra meydandan qaçan qiyamçı general Həftər 19 yanvar Berlin konfransına saatlar qaldığı bir zamanda Afinaya yollanaraq dəstək istəyib.

Konfransa dəvət edilməyən Yunanıstan baş naziri Miçotakis Almaniyanın baş naziri Angela Merkel ilə telefonla danışıb. Almaniya kanslerinə Türkiyə ilə bağlı tələbini bildirən yunan baş nazir xanım Merkeldən şok cavab alıb.

19 yanvar tarixində keçiriləcək, bir çox ölkənin dəvət olunduğu Berlin konfransında Liviyada qarşı duran tərəflər arasında danışıqlar aparılacaq.

Maas Həftərlə görüşüb

Almaniyanın xarici işlər naziri Heuko Maas Binqaziyə gedərək Həftər ilə 3 saatlıq görüş keçirib. Maas Xəlifə Həftərin atəşkəsi davam etdirməyə hazır olduğunu və Berlin konfransında da iştirak eləməyi qəbul elədiyini söyləyib.

Həftərin Yunanıstan səfəri

Berlində keçiriləcək Liviya konfransından əvvəl çevrilişçi general Həftərin yunan hökumətinin nümayəndələri ilə görüşmək üçün xüsusi bir təyyarə ilə Afinaya gedib. Həftər Yunanıstanın baş naziri Kiryakos Miçotakis və xarici işlər naziri Nikos Dendias ilə görüşüb.

Miçotakisin Türkiyə şərti

Miçotakis konfransda Ankara ilə Tripoli hökuməti arasında imzalanan anlaşmanın ləğv edilməyəcəyi təqdirdə, Berlində qəbul ediləcək istənilən qərarı veto edəcəklərini bildirib və bu razılaşmanın hüquqa zidd oluğunu iddia edərək ləğv edilməsini tələb edib.

Merkeldən Miçotakisi üzən cavab

Miçotakis bu tələbini Almaniyanın baş naziri Angela Merkelə də çatdırıb. Baş nazirlər arasındakı telefon söhbətindən bəhs edən yunan mətbuatı Almaniya kanslerinin Miçotakisə Liviya ilə Türkiyə arasında imzlanmış razılaşmanın gündəmə gəlməyəcəyini, konfransda sadəcə atəşkəsdən bəhs edildiyini yazıb.

Yunanıstan dəvət edilmədi

Almaniyanın baş naziri Angela Merkel 19 yanvar bazar günü keçiriləcək Liviya konfransı üçün dövlət və hökumət başçılarını ölkəsinə dəvət edib. Konfransa Türkiyə, ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Konqo Respublikası, İtaliya, Misir, Əlcəzairlə yanaşı, BMT, Avropa İttifaqı və Ərəb Birliyinin nümayəndələri dəvət edilib. Konfransda BMT-nin tanıdığı qanuni Milli Barışıq Hökumətinin baş naziri Fəyaz əs Sərrac ilə Liviyanın şərqindəki qiyamçı Milli Ordunun lideri Xəlifə Həftər iştirak edəcəklər.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93