Salam, xoş gəlmisiniz.

Məsciddə 51 nəfəri öldürən şəxs: "GÜNAHSIZAM" - VİDEO

2019-06-14 13:32:34

Məsciddə 51 nəfəri öldürən şəxs: "GÜNAHSIZAM" - VİDEO

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki Nur və Linvud məscidlərində 51 nəfəri qətl etmək, 49 nəfəri yaralamaqda günahlandırılan terrorist Brenton Tarrant məhkəmə qarşısına çıxarılıb.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, terrorist məhkəmədə günahsız olduğunu deyib. Tarrant məhkəməyə yüksək şəkildə təhlükəsizliklə təmin olunmuş Paremoremo həbsxanasından video görüntüylə qatılıb.

O vəkilləri vasitəsilə ona verilən 51 cinayət, 40 cinayətə təşəbbüs və terror hərəkətindən günahsız olduğunu iddia edib. Ancaq hakim Tarrantın 4 May 2020-ci ildə yenidən məhkəməyə çıxmasına hökm oxuyub.

Xatırladaq ki, martın 15-də Kraystçörç şəhərindəki iki məscidin atəşə tutulması nəticəsində 51 nəfər ölüb, 49 nəfər yaralanıb.

Məsciddə 51 nəfəri öldürən şəxs günahsız olduğunu dedi- FOTO+ VİDEO

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru