Məsciddə kitab təqdimatı – Azərbaycanda ilk

2 Oktyabr, 2019, 17:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycanın tanınmış şairi Şəhriyar Del Gerani ilkə imza atıb. Şairin yeni çap olunan ‘‘ Gecəniz şeirə…” adlı kitabının növbəti təqdimatı ‘‘Məşədi Dadaş” məscidində keçiriləcək.

Del Gerani bildirib ki, ‘‘Quran”ın ilk sözünə əməl edərək məscidlərdə oxu günləri təşkil etmək lazımdır. Bu bir ilkdir, qələm dosotlarımı bu tendensiyaya qoşulmağa dəvət edirəm. Allah necə haqdı!

Şair onu da vurğulayıb ki, məsciddə keçirilən imza günündə kitabdan gələn bütün gəlir son qəpiyinə qədər ucqar rayonlarda yaşayan aztəminatlı ailələrin uşaqları üçün məktəb ləvazimatına xərclənəcək.

Qeyd edək ki, imza günü oktyabrın3-də, saat 16:00-da Məşədi Dadaş məscidində baş tutacaq.

Giriş sərbəstdir. Maraqlananlar dəvət olunur!
Ünvan: Ağadadaş Qurbanov 37, Bakı, Nəsimi\\Teleqraf.com


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93