Salam, xoş gəlmisiniz.

Meşədə itkin düşən uşaq tapıldı

2017-08-30 10:25:43

Meşədə itkin düşən uşaq tapıldı

Qubada meşədə itkin düşən azyaşlı tapılıb.

Hurriyyet.org xəbər verir ki, meşədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun vəziyyəti normaldır.

Qeyd edək ki, N. Əliyev avqustun 28-də avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı. Onun axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunmuşdu./apa/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93