Salam, xoş gəlmisiniz.

Məşhur klubun prezidenti koronavirusa qalib gəldi

2020-03-25 10:50:00

Məşhur klubun prezidenti koronavirusa qalib gəldi

Yunanıstanın “Olimpiakos” klubunun sahibi və prezidenti Evangelos Marinakis koronavirusa qalib gəlib.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Marinakis koronavirus testinin müsbət nəticə verdiyini martın 10-da öz “İnstaqram” hesabında açıqlamışdı. Bu gün isə o, artıq xəstəliyə qalib gəldiyini və tam sağaldığını bəyan edib. Klub rəhbəri bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Marinakis həm də İngiltərənin “Nottingem Forset” klubunun sahibidi.

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93