Metro stansiyalarında səyyar maska satışı təşkil olunacaq

8 May, 2020, 17:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Tibbi maskadan istifadəyə görə cərimələmə Bakı Metropoliteninin səlahiyyətində deyil”.

Hurriyyet.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

O deyib ki, qərar veriləcəyi təqdirdə sərnişinlərin cərimələnməsini Bakı Metropoliteni nəzdindəki polis şöbəsi yerinə yetirəcək: “Vətəndaş niyə tibbi maska taxmamalıdır? Biz artıq bununla bağlı xəbərdarlıq etmişik”.

Z. Hüseynov deyib ki, 25 metro stansiyasının 17-də aptek var: “Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”./apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93