Mikayıl Cabbarovun səlahiyyətləri artırıldı

12 May, 2020, 16:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də əksini tapıb.

Dəyişikliyə əsasən, nazirliyin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:

– strukturuna daxil olan müvafiq qurum vasitəsilə insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən etmək;

– strukturuna daxil olan müvafiq qurum vasitəsilə texniki reqlamentdə müəyyənləşdirilmiş əsas tələblərin təmin olunması məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etmək;

– strukturuna daxil olan müvafiq qurum vasitəsilə uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini, habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması nəticələrinin reyestrini aparmaq;

–  strukturuna daxil olan müvafiq qurum vasitəsilə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirmək, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılmasını təmin etmək və belə malların uçotunu aparmaq.

Eyni zamanda İqtisadiyyat nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edəcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93