Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? – Professor açıqladı

27 İyun, 2020, 14:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bu günə qədər dünyada milçək və ağcaqanad vasitəsilə COVID-19-a yoluxma faktı aşkarlanmayıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə türk professor Gülbüz Sezgin danışıb.

Professor bildirib ki, SARS-CoV-2 yoluxan şəxsin öskürək, asqırıq, burun seliyi və bu kimi hərəkətləri zamanı başqalarına keçir, sağlam insana isə burun, göz, ağız vasitəsilə yoluxur: “Koronavirusun milçək və ağcaqanaddan insana yoluxması üçün əvvəlcə onun özünün virus qapması, onu tüpürcəyində və bağırsağında çoxaltması lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Ağcaqanadlara Nəzarət Birliyi də ağcaqanadların COVID-19 daşıyıcısı olmadığını qəbul edir. Bunun səbəbi isə virusun hələ onlara yoluxmamasıdır”.

Sezgin ağcaqanadlardan qorunmaq üçün bu tövsiyələri verib: “Sabit qalan suyu qurudun. Hava axınını təmin edin. Çünki ağcaqanadlar 1 qaşıq qrunt suyunda belə yaşaya bilər və güclü uçma qabiliyyətinə malik deyil. Günün müəyyən saatlarında diqqətli olmaq lazımdır, çünki ağcaqanadlar qaranlığı sevir. Çöldə gəzərkən həşəratqovucu spreylərdən istifadə etmək lazımdır”.

Qeyd edək ki, milçək və ağcaqanad bu günədək malyariya, sarı qızdırma, denqe qızdırması, Zika, Qərbi Nil virusu kimi epidemiyaların yayılmasının başlıca səbəbkarları olub. Təkcə 1 ildə dünyada 100-400 milyon insan ağcaqanadlar vasitəsilə ölümcül denqe qızdırmasına yoluxur.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93