Millət vəkili Aqil Məmmədov KƏLBƏCƏRLİ SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ – FOTOLAR

4

Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov onun ünvanına ərizə və teleqramlarla görüş üçün müraciət etmiş Ağdaş, Daşkəsən, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkün seçiciləri ilə Gəncə şəhərində qəbul keçirib.

Hurriyyet.org xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, sosial izolyasiya qaydalarını gözləməklə vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib, bəzi müraciətlər yerində cavablandırılıb. Digərləri isə aidiyyəti qurumlarla əlaqəli şəkildə araşdırılaraq nəticəsi haqqında məlumat veriləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara Prezident İlham Əliyevin tapşırığı ilə koronavirus (COVID 19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət edilməsi tövsiyə olunub.