Salam, xoş gəlmisiniz.

Millət vəkilindən VACİB TƏKLİF

2017-12-29 12:40:06

Millət vəkilindən VACİB TƏKLİF

“Dövlət büdcəsindən maliyyələşən telekanallarda Azərbaycan dili dərslərinin tədris edilməsi çox yaxşı olardı. Bununla da xaricdə yaşayan soydaşlarımız azərbaycanla bağlı məlumatları daha rahat əldə edə bilərlər”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycan dilində hazırkı qrafika ilə oxuya bilmirlər:

“Ona görə də diaspora nümayəndələri və Azərbaycan telekanalları dilimizi tədris etsinlər. Xüsusən də, dövlət büdcəsindən maliyyələşən telekanallar bu addımı ata bilər”.

Millət vəkili həmçinin ödənişli ali təhsil alan əlil gənclərə ödəniş məsələsində kömək edilməsini təklif edib:

“Çünki bu gənclərimizin sayı elə də çox deyil ki, bu bizə problem yaratsın. Hesab edirəm ki, bu qərar onlara stimul ola bilər”./publika.az/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93