Milli Şura mitinq üçün Bakı Meriyasından yer İSTƏDİ

16 Sentyabr, 2019, 10:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Aksiyanın “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutlurdu. Lakin orada da mitinqin keçirilməsinə mane olmaq üçün söküntü işləri aparılır”.

Hurriyyet.org xəbər verir ki, bunu modern.az-a açıqlamasınnda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bildirib.
“Bakı Şəhər İcra Hakimiyyətinə mitinqi təşkil edəcəyimiz yerlə bağlı müraciət etmişik, lakin hələ ki heç bir cavab yoxdur. Bütün aksiyalarımızda təşkilatçı Milli Şuradır və hər kəsin, bütün partiyaların kütləvi aksiyalarda iştirakı arzuolunandır. “Məhsul” stadionu olmasa, bizim tərəfimizdən başqa alternativ yerlər təklif edilib. Nərimanov parkı, 28 May meydanı bu yerlərin sırasındadır”.

Qeyd edək ki, Milli Şura sentyabrın 28-nə mitinq təyin edib. Bu barədə xəbəri AXCP sədri Əli Kərimli bildirib. Mitinqin tələbləri Qarabağa azadlıq, seçki islahatları, siyasi məhbuslara azadlıq, uşaqpulunun və tibbi sığortanın verilməsidir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93