Millimizin qətldə ittiham olunan güləşçisi axtarışa verildi

29 İyun, 2020, 11:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Azərbaycan milli komandasının güləşçisi Nurməhəmməd Hacıyev qətldə ittiham olunur.

Bunu Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi instaqram səhifəsi açıqlayıb.

24 yaşlı sərbəst üsulla güləşən təmsilçimiz “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun ölümündə təqsirləndirilir. Məlumatda bildirilir ki, Hacıyev axtarışa verilən üç şəxsdən biridir: “Aparılan tədbirlər nəticəsində müəyyənləşib ki, bu cinayətin törədilməsi 1995-ci il təvəllüdlü Surakat Asiyatilov, 1994-cü il təvəllüdlü Hüseyn Asiyatilov, 1996-cı il təvəllüdlü Nurməhəmməd Hacıyevlə bağlıdır. Adları çəkilən şəxslərin axtarışı barədə rəsmi qərar iyunun 26-da imzalanıb. Həmin vaxta qədər isə yalnız ilkin informasiya olub”.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır. O, gənclər və yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olub./apasport.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93