Mingəçevirdə maskalı şəxslər evə hücum etdi – XƏSARƏT ALANLAR VAR

18 May, 2020, 16:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Mingəçevir şəhərində maskalı şəxslər evə basqın edib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin A.Puşkin küçəsi, 37 saylı mənzildə baş verib. 3 nəfər naməlum şəxs evin hamam otağının nəfəsliyindən mənzilə daxil olarkən ev sahibi ilə rastlaşıblar.

Həmin şəxslər ev sahibi Rəna Allahverdiyevaya və onun həyat yoldaşı Mahir Allahverdiyevə hücum edərək hər iki şəxsə müxtəlif bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirərək zəruri istintaq hərəkətləri aparıb. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93