Salam, xoş gəlmisiniz.

Mingəçevirdə xüsusi ƏMƏLİYYAT: polisə silahlı müqavimət göstərən şəxs ÖLDÜRÜLDÜ - YENİLƏNİB

2020-02-27 13:20:00

Mingəçevirdə xüsusi ƏMƏLİYYAT: polisə silahlı müqavimət göstərən şəxs ÖLDÜRÜLDÜ - YENİLƏNİB

Bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub.

Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilmiş və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb.

Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.

Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı 1 ədəd “PSM” markalı tapança, ona aid səsboğucu, 6 ədəd patron, 1 ədəd “RQD-5” əl qumbarası və 1 ədəd qaz tapançası aşkar olunaraq götürülüb. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.

***

Mingəçevirdə xüsusi əməliyyat keçirilib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat həyata keçirib.

Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib. Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93