Salam, xoş gəlmisiniz.

Mingəçevirdə yaşayış binasında baş verən yanğının təfərrüatı məlum oldu

2018-03-26 17:03:51

Mingəçevirdə yaşayış binasında baş verən yanğının təfərrüatı məlum oldu

Mingəçevir şəhərindəki yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub.

Hurriyyet.org xəbər verir ki, yanğın zamanı xəsarət alanların sayı 7-ə çatıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 3 nəfərə isə hadisə yerində Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.

Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsindən - Yaşar Həsənova məxsus mənzildən başlayıb. Mənzilin eyvanından başlayan yanğın tədricən qonşu mənzilə keçib. Yanğın zamanı Y.Həsənovun evində qonağ olan qohumu, 1993-cü il təvəllüdlü Qara Rafiq oğlu Məmmədovun sonradan halı pisləşib və tüstüdən zəhərləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//report

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93