“Mişustinin salamı var, sağalmağa doğru gedir”- PUTİN

6 May, 2020, 17:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Valdimir Putin Kovid-19 virusuna yoluxmuş baş nazir Mixail Mişustinin  sağalmağa doğru getdiyini bildirib.

Mişustin yeni tipli koronavirus xəstəliyinə tutulduğunu 30 aprel tarixində videokörpü vasitəsilə Vladimir Putinə bildirmişdi.

Putin deyib: “Bu gün keçirilən iclasa başlamazdan əvvəl sizə ən xoş arzularımı və Mixail Vladimiroviç Mişustinin salamını çatdırmaq istəyirəm. O, sağalmaqdadır. Düzdür, adətən, bu hallarda olduğu kimi qızdırması var, amma getdikcə vəziyyəti yaxşılaşır”.

Putin Mixail Mişustinlə hər gün əlaqə saxladığını bildirib.

Hazırda Mişustinin vəzifələrini baş nazirin birinci müavini Andrey Belousov icra edir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93