Məktəb direktorları AĞIR YOL QƏZASI TÖRƏTDİ: yaralılar var – TƏRTƏRDƏ

7 Oktyabr, 2017, 15:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına cıxıb. Nəticədə avtomobilin sürücüsü A.Xəlilov və sərnişini 1954-cü il təvvəlüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanlar – İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin drektoru vəzifəsində calışır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93