Möcüzə! 6 ayda sağlam üsulla 212 kq arıqladı! “Sən qızımıza yaraşmırsan” deyib elçilərini rədd eləmişdilər

101

 

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Zonquldaq rayonunda həddən artıq çəkili olduğu üçün elçi göndərdiyi qızın ailəsindən rədd cavabı alan gənc – Akın Türkoğlu hər gün 25 km piyada gəzməklə, yalnız duru yeməklər və su ilə qidalanmaqla 6 ay ərzində 212 kq çəki itirərək, 296 kiloqramdan 84 kiloqrama qədər arıqlayıb.

Heç bir dietoloqa, idman müəlliminə müraciət etməyən Akın Türkoğlu deyib: “7 yaşımda həddən artıq yeməyə başladım. Özümü saxlaya bilmirdim. 15 ildə 212 kiloqram kökələrək, 296 kiloqram oldum.Köklükdən küçəyə çıxa bilmirdim. Həyatdan soyumuşdum. Səkkiz il boyunca istədiyim bir qız vardı. Evlənmək istəyirdim.

Ailəsi məni istəmədi, rəfiqələri mənə xor baxırdılar. Ona “o, sənə yaraşmırsan” dedilər. Prinsipə düşdüm. Onun məzun tədbirində kostyum geyinmək üçün arıqlamaq qərarına gəldim. Hər gün dağda-daşda 25 km piyada gəzdim. İşlərimi piyada gəzərək həll edirdim. Altı aydır ki, avtomobilimə heç minmədim. Yarım kasa şorba içərək pəhriz saxlayırdım. 296 kq ilə başladığın pəhrizin köməyi ilə 84 kiloqrama qədər arıqladım. İstədiyim qızın ailəsi məni bəyənmədiyi üçün məzuniyyət tədbirinə də getmədim. Amma artıq kostyum dəsti geyinə bilirəm.

Səhhətim çox yaxşıdır, arıqladığım üçün xoşbəxtəm. əvvəllər internetdən paltar sifariş edirdim, indi istədiyim mağazaya daxil olub ala bilirəm. Hər gün 25 km getməyə davam edirəm və edəcəyəm. İnşaallah gələcəkdə məni istəyən birinə rast gələrəm. Arıqlamaq istəyənlərə məsləhətim belədir: çoxlu-çoxlu gəzsinlər və su içsinlər. İndi həyatımdan çox razıyam”.