Salam, xoş gəlmisiniz.

Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO

2020-03-24 20:45:00

Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində Ümumrusiya Dekorativ, Tətbiqi və Xalq Sənəti Muzeyində keçirilən “İmperiya və Qafqaz. Silahlar, avadanlıqlar, hərbi ənənələr. XIX - XX əsrin başlanğıcı" adlı sərgidə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verilib. 

Sərgidə nümayiş olunan eksponatların birində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib. \\Report

 

 

Qeyd edək ki, 2020-ci il fevralın 5-dən başlayan sərgidə A.V. Kosarevin şəxsi kolleksiyasında olan Azərbaycan xəncərləri nümayiş olunur.

Mövcud təxribat haqqında məlumatlı olduqlarını “Report”a bildirən “Moskva Azərbaycan cəmiyyəti”nin sədri Şamil Tağıyev qeyd edib ki, bununla bağlı qanun çərçivəsində bütün lazımi addımlar atılacaq.

Sərgidə 600-dən çox tarixi eksponat nümayiş olunur.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93