Moskvada Liviya məsələsi ilə bağlı Türkiyə-Rusiya müzakirələri aparılır

13 Yanvar, 2020, 11:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Moskvada Liviyadakı vəziyyət ilə bağlı Rusiya-Türkiyə danışıqları aparılır.

RF XİN-in mətbuat katibi Mariya Zaxarovanın “Feysbuk” şəbəkəsindəki açıqlamasında görüşün “2+2” formatında, yəni, hər iki ölkənin XİN və MN rəhbərlərinin iştirakı ilə aparıldığı deyilir.

Müzakirələr Liviya nümayəndələrini də qoşulması ilə daha geniş formatda davam edəcək.

Xəbər verdiyimiz kimi, Liviya Milli Ordusunun başçısı Xəlifə Hafter ilə Milli Barışıq Hökumətinin rəhbəri Fayiz Sərrac bu gün Rusiya paytaxtına gəliblər.

Bəlli olduğu kimi, şənbə günü Türkiyə prezidenti R.T.Ərdoğanın və Rusiya prezidenti R.T.Ərdoğanın Liviyadakı qarşı tərəfləri atəşkəsə və dərhal danışıqlar masası arxasına keçməyə dəvət edən müraciətindən sonra Sərrac ilə Hafter bu təklifi dəstəkləyiblər. Yerli vaxtla gecəyarısında (Bakı vaxtı ilə saat 02:00-da) hərbi əməliyyatlar dayandırılıb.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93