Salam, xoş gəlmisiniz.

Moskvadan Azərbaycana gələn mikroavtobus qəzaya düşdü – ÖLƏNLƏR VAR

2019-07-29 15:05:52

Moskvadan Azərbaycana gələn mikroavtobus qəzaya düşdü – ÖLƏNLƏR VAR

İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb.

Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlkn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.

Qəza M4 “Don” magsitralının 954-cü kilometrində baş verib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93